Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.
DiasporPress.az xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.
Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.
“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, – deyə o, qeyd edib.
DiasporPress.az