Diaspor

“La Gazette”: Azərbaycanlı professor 30 il sonra doğma şəhəri Şuşaya qayıdıb

“La Gazette”: Azərbaycanlı professor 30 il sonra doğma şəhəri Şuşaya qayıdıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın tanınmış portallarından olan “La Gazette” azərbaycanlı professor Elçin Əhmədovun 30 il sonra doğma şəhəri Şuşaya qayıtması barədə yazı hazırlayıb.

“Professor Əhmədov 30 il sonra doğma şəhərinə qayıdır” başlıqlı yazıda və qısa süjetdə azərbaycanlı elm xadiminin doğma yurduna dönüşündən bəhs edilir.

“Şuşada anadan olmuş professor Elçin Əhmədov şəhərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il sonra Azərbaycanın və bütün Qafqazın mədəniyyət paytaxtı olan şəhərin izlərini, eləcə də öz uşaqlıq illərinin şəhərinin izlərini tapmaq üçün doğma şəhərinə qayıdır”, – yazıda bildirilir.

Qeyd edilir ki, şəhər 30 il işğal altında qalıb.