“Vətənsevər” Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin təşəbbüsü ilə Küveytin https://bobiannews.net xəbərlər portalında Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə dair məqalə dərc edilib.
Portalın əməkdaşı Adil Əl-Əzminin qələmə aldığı məqalədə 1990-cı ildə baş vermiş Küveyt müharibəsinin fəsadlarından, müharibə bitdikdən sonra minalanmış ərazilərin yerli sakinlərin həyatına fəlakətlər gətirdiyindən söz açıb. “Qarabağ torpaqlarının azad edilməsindən sonra Azərbaycanın minalardan əziyyət çəkməsi ilə bağlı bu gün gördüklərimiz mənə keçmişdə Küveytdə başımıza gələnləri xatırlatdı. Minalar ucbatından nə qədər günahsız insanlar həyatını itirdi”, – deyə müəllif əlavə edib.
Müəllif beynəlxalq birliyi mina xəritələri ilə bağlı yolverilməz davranış sərgiləyən Ermənistana təzyiq göstərməyə çağırıb: “İnsan hüquqları ilə maraqlanan hər kəsə, beynəlxalq ictimaiyyətə deyirik ki, siz indi Azərbaycanın minalarla bağlı üzləşdiyi dəhşəti görmürsünüz? Necə olar bilər ki, bir insan bir yerdə böyük dəyərə malikir, digər bir yerdə isə ucuz. Qorxuram ki, insan və günahsız olan hər şeyin öləcəyi gün gələcək!”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
Diasporpress.az