Ölkə

Korrupsioner Q.Bəybalayevin qohumu Ağsuda “at oynadır” –FOTO

Korrupsioner Q.Bəybalayevin qohumu Ağsuda “at oynadır” -FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Seymur Namid oğlu tərəfindən ölkənin direktiv orqanlarına  Oraz Cami oğlu Kazımovun törətdiyi özbaşnalıqlara bidəfəlik son qoyulması barədə etdiyi müraciət ictimai maraq kəsb etdiyinə görə olduğu kimi oxuculara təqdim edirik: Çoxhörmətli Mehriban xanım, Sizin ölkəmizdə apardığınız bütün uğurlu işləriniz biz sadə insanları həmişə sevindirmiş və ona görə də əsasən biz Ağsu rayonun Kalva kənd sakinləri gələcək fəaliyyətinizə çox ümid bəsləyirik. Ona görə də Sizə ümidlə müraciət edərək düçdüyümüz çətin vəziyyətə köməklik etməyinizi hamılıqala istəyirik. Məlumat üçün bildirim ki, Kalva kənd sakini olmuş Oraz Kazımov son illərdə etdiyi özbaşnalıqlar nəticəsində həm biz sadə vətəndaşları, həm də yerli məmurları, o cümlədən Dövlət Yol Polis və digər Daxili İşlər Orqanı işçilərini əsassız şərləməklə öz maraqlarını təmin etməklə məşğuldur. Belə ki, hədələmə, şantaj etmək metodlarından istifadə edən bu tip kənd sakinlərinə yerli bələdiyyə tərəfindən ayrılmış pay torpaqlarını oğlu Samirin adına sənədləşdirir. Və dərhal da şantaj yoluilə əldə etdiyi torpaq sahələrini kənar fiziki şəxslərə sataraq qanusuz gəlir əldə etməklə məşğuldur. Bu adam 2007-ci ildən kəndimizdəki evini satıb bu günə kimi Bakının Xətai rayonun NZS qəsəbəsində yaşamasına baxmayaraq tez tez kəndimizə gələrək əvvəlcə yaxşı torpaqları gözaltı edir və səs-küy salmağa başlayıqr ki, guya həmin torpaqlar oğlu Samirə verilibmiş və GPS koordinatları onun adına verilmiş olduğu barədə yerli orqanlara təzyiqlər edir. Məslən, 2-ci qpup əlil kənd sakini Narıgül Həsənovaya bələdiyyə tərəfindən ayrılmış 10 sot torpaq sahəsini şantaj yoluilə ələ keçirdikdən sonra 12000 manata kənar şəxsə satmışdır. Növbəti “qurbanı” İlkin Gündüz oğlu Qəniməova məxsus 8 sot torpaq sahəsini də yenə oğluna məxsus oolduğunu deyərək onu da bu kasıb insanın əlindən alaraq satmışdır. Digər xəstə kənd sakini Xələfov Sahibə məxsus 10 sot torpaq sahəsini də vətəndaşı şantaj edərək yenidən oğlu samirin adına sənədləşdirirək dərahl satmışdır. Bir sözlə bu mərdiməzar adamın gözü doymaq billmir. Rəhmətlik atam Hacıyev Namiq Ağasan oğlu 2015-2019-cu illərdə kəndimizin bələdiyyə sədri vəzifəsində işləmişdir. Hər ay Bakıdan gələn kimi atama təzyiqlər edirdi ki, oğlu Samirə Bələdiyyənin perspektivdə olan ehtiyat fondundan torpaq payı versin. Və bir neçə dəfə bu torpaqları əldə etmişdir.Yəni bir Samir kazımovun adına bu qədər topaq verilərmi? Şəhid ailəsi deyil, Qarabağ Müharibə iştirakçısı deyil, əlil deyil, bəs nə baş verir? Son iki ildə isə atam bezib ona torpaq ayrılmasından imtina etmişdir. Oraz Kazımov dərhal atamı şərləmək və kənd camaatı arasında nüfuzdan salmaq üçün özünün bacısı nəvəsi olan Qəniyev Malik Məhəmməd oğluna göstəriş verirdi ki, kəndimizdən Bakıya və Ağsuya gedən yolu bağlasın. Bu anormal adam da onun sözünə baxıb avtomobil yolunu qanunsuz bağlayırdı. Və heç kimə imkan vermirdi ki, yoldan istifadə etsin. Camaatımız da bu Orazın qoçusu hesab edilən Malikə söz deyə bilmirdilər. Belə iyrənc metoddan istifadə etməklə o bələdiyyə sədri olmuş atamı şantaj etməklə təzyiq göstərir və çirkin məqsədinə nail olmaq istəyirdi. Camaatımızın nifrətini qazanan Oraz Kazımovun məşhur “Tülkü və hacıleylək” nağılında olduğu kimi hər dəfə anormal qoçusu Malik Qəniyevin qoluzorluğundan istifadə etməklə öz siayəsətini yeridirdi. Qrazın bu özbaşnalığı atamın bu il ürəktutmasından dünyasını dəyişməsinə səbəb oldu. Məlumat üçün bildirmək istəyirəm ki, O.Kazımov uzun müddətdir ki. heç yerdə işləməməsinə baxmayaraq Bakının Binəqədi və Xətai rayon ərazilərində özünə villalar tikdirmiş, VAZ 2107 və bahalı “Mitsubişi- Pajero” avtomobillərini idarə edir. Budur, son məlumatdan o da aydın olur ki, O.Kazımov kəndimizin yollarını qanusuz kəsərək yerli məmurlara təzyiq göstərən bacısı nəvəsi Malik Qəniyevi kəndin bələdiyyə sədri vəzifəsinə qoydurmaq üçün 7000 manat pulunu almışdır. Vay o gündən ki, bu adam mərdiməzar Orazın diqtəsilə kəndimizə bələdiyyə sədri təyin edilə. Belə olacağı təqdirdə kənd sakinləri kütləvi surətdə dədə-baba obasını tərk edib getmək istəyirlər. Onu da qeyd edim ki, O.Kazımovun kəndimizdə belə at oynatmasına səbəbkarı olan şəxslərdən biri Elahət Əsgərovdur ki, o da hazırda Yüksək Texnologiyalar Nazirliyində Radio Tezliklər İdarəsində vəzifəli şəxsdir. Və sabiq “Azərpoçt” şefi olmuş, korrupsioner

Qəmbər Bəybalayevin qudasıdır.Oraz Kazımovun qohumu Qəmbər BəybalayevOna görə mən bir oğul olaraq illər boyu cammatımızı və yerli məmurlarımızı şantaj yoluilə qorxu altında saxlayan O.Kazımovun  törətdiyi qanunsuz əməllərinin qanun çərçivəsində qarşısının alınmasını üçün yuxarı dövlət orqanlarına, ilk növbədə çoxhörmətli Mehriban xanıma müraciət etmək məcburiyyətindəyəm. Kəndimizin kasıb camaatını, yerli məmurlarımızı, polis orqanı işçilərini fasiləsiz şantaj etməyi özünə peşə seçmiş bu adamın qanunsuz əməllərinin dərahal araşdırılaraq hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi və camaatımızı “Oraz bəlası”ndan birdəfəlik qurtarmağınızı xahiş edirik.müraciətdə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.