İnformativ Mərkəz

Koronavirusun yeni ştammı Azərbaycanla sərhədə çatdı

Koronavirusun yeni ştammı Azərbaycanla sərhədə çatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

 

Diasporpress.az “Rustavi-2” telekanalına istinadla xəbər verir ki, yoluxma halı Gürcüstana başqa ölkədən gələn şəxsdə aşkarlanıb.

 

Bildirilir ki, koronavirusun yeni ştammına yoluxan şəxs və onun bütün təmasda olduğu insanlar karantinə yerləşdiriliblər.

 

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Xatırladaq ki, Gürcüstan Azərbaycanla sərhəd ölkədir.

 

 

Diasporpress.az