“Əgər siz məhsul sifariş edib, onun bəyannaməsini təqdim etmisinizsə və sizə gömrük orqanlarından sorğu daxil olmayıbsa, deməli cavab aydındır. Malınız bizdə deyil”.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev brifinqdə deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, karqo şirkəti çeşidləmə prosesini həyata keçirə və məhsulu sizə vaxtında təqdim edə bilmir:
“Şirkətlərin dövriyyəsi o qədər artıb ki, çeşidləmə prosesini həyata keçirə bilmirlər. Gömrüyün anbarında problem olsa, sizə bu barədə məlumat veriləcək. Bizim 300 dollar rüsumsuz limiti keçməyən bağlamalarla əlaqədar problemimiz yoxdur. Sadəcə olaraq şirkətlərin xüsusi çeşidləmə avadanlıqları yoxdur və bir anda 1000 bağlamanın qəbul edilməsinə hazır deyillər. Nəzərə almaq lazımdır ki, növbəti dövrlərdə bağlamaların sayı 1 milyonu da keçə bilər”.
Komitənin sədri bildirib ki, əgər məhsul vaxtında bəyan olunubsa, həmin gün yüklərin 80 faizi sifarişçiyə təqdim edilir:
“Gecikmələr varsa, bu şirkətlə bağlıdır. 300 dollara qədər rüsumsuz malların gecikmə səbəbinin 85 faizi şirkətlə əlaqədardır. Bu məhsullar gömrük orqanları tərəfindən vaxtında təqdim edilir, lakin limiti keçən məhsulların isə vergi və rüsumları ödənməlidir”.
Diasporpress.az