Diaspor

Komitə əməkdaşları Özbəkistandakı diaspor təşkilatlarının idarə heyətinin toplantısına qatılıb

Komitə əməkdaşları Özbəkistandakı diaspor təşkilatlarının idarə heyətinin toplantısına qatılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Daşkənd şəhərində Özbəkistan Respublikasında fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAzMMM) və Daşkənd şəhəri “Qardaşlıq” adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) idarə heyətinin toplantısında iştirak edib.

Diasporpress.az xəbər verir ki, Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin binasında baş tutan toplantıda mədəniyyət mərkəzlərinin idarə heyətinin üzvləri, gənclər mərkəzinin fəalları iştirak ediblər.

Tədbir zamanı qonaqlar toplantı iştirakçılara tədqim olunub, mədəniyyət mərkəzlərinin idarə heyətinin üzvləri və gənclər barədə məlumat verilib. Daha sonra RAzMMM və Daşkənd şəhəri “Qardaşlıq” adına AMM-in fəaliyyət istiqamətlərindən, görülən işlər və gələcək planlardan danışılıb.

Komitə əməkdaşları tədbir iştirakçılarını salamlayaraq Azərbaycan diasporunun mütəşəkkil, sistemli və ardıcıl fəaliyyət göstərməsi, soydaşlarımızın birlik və həmrəyliyinə nail olunması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Daşkənddəki Heydər Əliyev adına park-meydanda “Heydər Əliyev ili”nə həsr olunmuş Novruz bayramı tədbirinin təşkilinə görə dərin minnətdarlıq bildirilib, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, tarixi şəxsiyyətlərimizin xatirəsinin uca tutulmasının vacibliyi vurğulanıb.

Mümkün birgə əməkdaşlıq perspektivlərinin müzakirəsindən sonra toplantı iştirakçıları xatirə şəkli çəkdiriblər.