Diaspor

Kiyevdə azərbaycanlıların Həmrəylik gününə həsr olunan mini futbol turniri keçirilib

Kiyevdə azərbaycanlıların Həmrəylik gününə həsr olunan mini futbol turniri keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) və “Ze! Molodejka” təşkilatının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bir neçə xalqların təmsilçiləri arasında mini futbol turniri keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan turnirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, ərəb ölkələri və Ukraynanı təmsil edən mini komandalar iştirak ediblər.

Turnirin final oyunun açılışında Azərbaycanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Kamal Xəlilov, UAR həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, digər həmsədr, Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor təşkilatının sədri Hikmət Cavadov, UAR aparat rəhbəri, Ukrayna Kikboksinq Federasiyasının vitse prezidenti Elşad İbrahimov və digərləri iştirak ediblər.

Turnirin açılışında çıxış edənlər bu kimi yarışların istər idmana diqqətdə, istərsə də Ukraynada yaşayan millətlərin dostluğu istiqamətində təqdirəlayiq hal hesab edərək uğurlar arzulayıblar. Daha sonra Azərbaycanı təmsil edən komanda ilə ərəb ölkələrini təmsil edən komanda arasında final oyunu keçirilb. Azərbaycanlıları təmsil edən Ukrayna Azərbaycanlıları Radası – UAR komandası 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.