Cəmmu və Kəşmir ərazisində yerləşən Hindistanın Anantnaq şəhərində qumbaranın partlaması nəticəsində azı 14 nəfər yaralanıb.
DiasporPress.az TASS-a istinadən bildirir ki, bu barədə yerli polisin “Twitter” səhifəsində məlumat verilib.
Polisin məlumatına görə, partlayış dövlət qurumunun yaxınlığında baş verib. Zərərçəkənlər arasında polis də var.
Hüquq-mühafizə orqanları əməkdaşları partlayışın terrorçular tərəfindən törədildiyini bildirirlər.
DiasporPress.az