AZTV-nin əməkdaşı işğaldan azad edilmiş Kəlbəcərdən reportaj hazırlayıb.
Reportaj zamanı o, udi vətəndaşlarımızla birlikdə Xudavəng monastr kompleksində olub və onların ibadətlərini izləyib.
Çəkiliş zamanı monastrda ibadət etmək üçün xüsusi icazə almış erməni keşişlərlə mübahisə də yaranıb.
Onlar alban udilərin ibadətinə mane olmaq istəsələr də, yekunda vətəndaşlarımız tarixi kilsədə ibadətlərini ediblər.
Diasporpress.az