Türkiyənin “Haber Global” telekanalı 1993-cü il aprelin 2-də işğal edilən və Qarabağ zəfəri ilə azad edilən Kəlbəcər rayonu barədə süjet hazırlayıb.
Bildirilir ki, ötən ilə qədər 27 il ərzində 2 aprel tarixi Azərbaycan üçün təqvimin acı səhifələrindən biri idi.
“Artıq o günlər geridə qaldı. Azərbaycanın Qarabağda zəfər qazanması ilə Kəlbəcər də erməni işğalından xilas olundu”, – deyə süjetdə vurğulanır.
Diasporpress.az