Ölkə

“Kəlbəcərə yolun çəkilməsi qarşıda duran vacib layihələrdən biridir”

“Kəlbəcərə yolun çəkilməsi qarşıda duran vacib layihələrdən biridir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İşğaldan azad olunan Kəlbəcərə yolun çəkilməsi də qarşıda duran vacib layihələrdən biridir.

Bu barədə İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” proqramında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov məlumat verib.

H.Rüstəmov bildirib ki, Kəlbəcər rayonuna çəkiləcək yol Göygöl rayonundan başlayacaq:

“Bu yol Murovdağından keçəcək. Çəkiləcək yeni yol Göygölün Toğanalı kəndindən keçərək Murova, oradan da Kəlbəcər şəhərinə gedəcək. Kəlbəcərdən isə İstisuya qədər uzanacaq. Üç zolaqdan ibarət olacaq yolun uzunluğunun 102 kilometr olması planlaşdırılır. Dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmaması üçün bəzi yerlərdə hərəkət zolaqlarının sayı üç olacaq”.

H.Rüstəmov bundan başqa, Kəlbəcərdən Laçına yol tikilməsi ilə bağlı layihənin olduğunu qeyd edib:

“Kəlbəcər rayonundan Laçın rayonuna girmədən ətrafında dairəvi yolun tikintisi planlaşdırılır. Məqsəd əhaliyə mane olmamasıdır. Bu Zabux-Sarısu istiqamətində olacaq yolun uzunluğunun 23 kilometr olması planlaşdırılır”.

“Bundan əlavə Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur. Biz inanırıq ki, qarşımızda duran bu layihələri qısa zamanda yerinə yetirəcəyik”, – deyə H.Rüstəmov əlavə edib.

 

Diasporpress.az