İlya Darçiaşvili Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri təyin olunub.
Bununla bağlı baş nazir İrakli Qaribaşvili qərar imzalayıb.
Hökumət başçısı administrasiyanın yeni rəhbərinə fəaliyyətində uğurlar arzulayıb.
İ.Darçiaşvili təyinatdan öncə Gürcüstanın Polşadakı səfiri olub. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.
Qeyd edək ki, administrasiyanın keçmiş rəhbəri Kaxaber Kemoklidze ötən ay istefa verib.
Diasporpress.az