Hazırda həbsdə olan Boliviyanın keçmiş qadın prezidenti Janin Anyes özünə qəsd etməyə cəhd edib.
Bu barədə “Pagina Siete” nəşri hökumət aparatının başçısı Eduardoda Del Kastiloya istinadən məlumat yayıb.
“Təəssüflə bildirmək istəyirəm ki, xanım Janin Anyes saxlanıldığı həbsxanada səhər tezdən özünə zərər vermək istəyib. Lakin hazırda onun sağlamlığına heç bir təhlükənin olmadığını bildiririk. Onun bir qolunda kiçik cızıqlar var, narahatlığa əsas yoxdur”, – deyə Boliviya hökumət aparatının başçısı vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Boliviyanın sabiq prezidenti Janin Anyes terrorizm, dövlət xəyanəti və cinayət sövdələşməsi ittihamı ilə artıq beş aydır ki, həbsə saxlanılır.