Bakı şəhəri, Səbail rayonu, 9-cu Polis Bölməsinin əməkdaşlarının noyabrın 5-də keçirildiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan şəxsə hücum etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayət noyabrın 2-də saat 12:30 radələrində İçərişəhərdə Müslüm Maqomayev küçəsində törədilib.
Naməlum şəxs 2002-ci il təvəllüdlü Cavanşir Rüstəmbəyliyə bıçaqla hədə-qorxu gələrək, ondan 200 manat alıb.
Məlum olub ki, yaxalanan şəxs 1997-ci il təvəllüdlü Orxan Tağıyev bundan əvvəl narkotik maddə saxladığına görə həbsdə olub.
Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.
DiasporPress.az