Cənubi Koreyanın Kvanju şəhərində keçmiş həbsxana ərazisində aparılan tikinti işləri zamanı 250 nəfərin qalıqları tapılıb.
Bu barədə “Yonhap” yerli hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb.
Məlumata görə, qalıqlar 1980-ci ildə hökumət əleyhinə çıxışlar zamanı itkin düşmüş şəxslərə aid ola bilər.
Çünki həmin vaxt saxlanılan vətəndaşların bir çoxu məhz bu həbsxanaya göndərilib. Onların gizli şəkildə edam olunduğu ehtimallar sırasındadır.
DiasporPress.az