Tatarıstanın Kazan şəhərində 31 uşaq oteldə yeməkdən zəhərlənib.
DiasporPress.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kazanda yerləşən “Kristall” adlı oteldə qalan və otelin restoran xidmətlərindən istifadə edən 6-10 yaş arası 31 uşaq zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət edib. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, onlar “Pianino” MMC tərəfindən təmin edilmiş otel restoranının xidmətlərindən istifadə ediblər.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb. Hadisə yerinə baxış keçirilib və yemək nümunələri götürülüb.
Tatarıstan Prokurorluğu faktla bağlı yoxlamaların aparıldığını və müvafiq mütəxəssislərin cəlb olunduğu bildirib.
DiasporPress.az