Çilinin paytaxtı Santyaqoda karate üzrə yeniyetmələr, gənclər və 21 yaşadək idmançıların XI dünya çempionatının üçüncü yarış günü millimiz dörd medal qazanıb.
DiasporPress.az xəbər verir ki, 16-18 yaşlı karateçilərdən ibarət milli komandamızın üzvlərindən Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub.
Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyib.
DiasporPress.az