Ölkə

Karate üzrə Avropa çempionu deputatlığa namizəd oldu

Karate üzrə Avropa çempionu deputatlığa namizəd oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlərindən biri də Vüqar İskəndərovdur. Onun namizədliyini 113 saylı Şəki şəhər seçki dairəsindən irəli sürülüb.
O, hazırda V.İskəndərov Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavinidir.

DiasporPress İskəndərov Vüqar Yapon oğlunun tərcümeyi-halını təqdim edir:
İskəndərov Vüqar Yapon oğlu 30 dekabr 1972- ci ildə Şəki şəhərində anadan olub.

1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmət keçib.

1993-1999-ci illərdə Azərbaycan Karate Do federasiyaları assosiyasının şimal-qərb bölgəsinin sədri olub.

Ali, hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə təhsil alıb.

1999-cu ildən 2000-ci ilə kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ildən 2005-ci ilə kimi isə Şəki MRX-nın hüquq məsləhətçisi vəzifəsində işləyib.

Dəfələrlə Karate Do üzrə Azərbaycan çempionu, dünya üçüncüsü, 2003-cü ilin Avropa çempionudur. Karate Do üzrə V-Dan qara kəmər, Taekvondo üzrə II-Dan qara kəmər sahibidir. Beynəlxalq dərəcəli hakimdir, Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülüb.

2001-ci ildə rayonlar arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaradıb. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq və respublika səviyyəli yarışların qalibləri və mükafatçıları olublar.

2005-ci ildən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı İdarə heyəti sədrinin müavinidir, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvüdür, 2010-2015 ci illərdə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olub.

41 ölkədə o cümlədən, ABŞ-da Yaponiyada, Rusiyada, İspaniyada və digər ölkələrdə həm idman, həm də ictimai fəaliyyəti ilə bağlı ölkəmizi təmsil etmişdir. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır.

“Liderlik”, “Vaxtın idarə olunması” və “ Karyera planlaşdırılması” proqramları üzrə təlimçidir.

Fəaliyyətinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyəti başçısının, Beynəlxalq və yerli təşkilatların fəxri fərmanları və diplomları ilə təltif olunub. Müxtəlif illərdə xarici və yerli mətbuatda dövlət gənclər siyasəti və digər mövzular barəsində məqalələri çap edilib.

Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2019-cu il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubiley medalı ilə təltif edilib.

İngilis, rus və türk dillərini bilir.

Evlidir, 2 övladı var.