Dünya

Karaoke klubunu yandıraraq 18 nəfərin ölümünə səbəb olan şəxs edam edildi

Çinin Quandun əyalətində məhkəmə karaoke klubununun yandırılmasında təqsirli bilinən Lyu Çunlou adlı şəxsi edam edib.

Karaoke klubunu yandıraraq 18 nəfərin ölümünə səbəb olan şəxs edam edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Quandun əyalətində məhkəmə karaoke klubununun yandırılmasında təqsirli bilinən Lyu Çunlou adlı şəxsi edam edib.

Bu barədə “Weibo” nəşri məlumat yayıb.

“Çin Xalq Respublikasının Ali Məhkəməsi ilə razılaşdırılaraq, Quandun əyalətində Tsinyuan şəhərinin xalq məhkəməsi ölüm hökmünün icrası əmrinə əsasən, Lyu Çunlounu edam edib”, – məhkəmədən bildirilib.

Xatırladaq ki, 2018-ci ilin aprelin 24-də Tsinyuan şəhərində yerləşən karaoke klubunda yanğın baş verib. Yanğın nəticəsində 18 nəfər həlak olub, beş nəfər yaralanıb.

 

DiasporPress.az