Diaspor

Kanadanın Xarici işlər naziri soydaşlarımızın məktubunu cavablandırıb

Kanadanın Xarici işlər naziri soydaşlarımızın məktubunu cavablandırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Xarici işlər naziri Mark Qarneu (Marc Garneau) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdikləri talan və dağıntılar barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) məktubunu cavablandırıb.
KAŞ İdarə Heyətinin sədri Anar Cahangirliyə ünvanlanmış cavab məktubunda nazir bildirib ki, ölkəsi Dağlıq Qarabağda hərbi əməliyyatların sona çatmasını alqışlayır, tərəfləri möhkəm sülhün əldə olunmasına çağırır və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir. Azərbaycanın irəli sürdüyü infrastruktur layihələrinin daha geniş iqtisadi və regional əməkdaşlıq və inteqrasiya imkanları yaradacağından məmnunluğunu ifadə edən nazir Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsinin və mülki vətəndaşların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Kanada Azərbaycanlıları Şəbəkəsi 2020-ci ildə təsis edilib. Şəbəkə Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə əlaqələr qurmağa nail olub və hazırda da əməkdaşlığını davam etdirir.

 

 

Diasporpress.az