Bildirilib ki, sentyabrın 20-də Kanadada federal seçkilər keçiriləcək. Seçkiqabağa kampaniyada iştirak etmək üçün o, Ontario ştatının London şəhərində seçicilərlə görüşə gedib. O, burada etirazlarla qarşılanıb. Etirazçılar Liberal Partiyanın seçki avtobusunu mühasirəyə alaraq Castin Trüdonun hökumətinə qarşı şüarlar səsləndiriblər. Avtobusa minərkən baş nazirə çınqıl daşlar atılıb.
Castin Trüdo seçki təyyarəsində jurnalistlərlə söhbətində hadisənin baş verdiyini təsdiqləyib.
Məlumata görə, bir müddət əvvəl etirazlar səbəbindən o, Ontario əyalətinin Bolton şəhərində keçiriləcək tədbiri təxirə salıb.
Seçkilərə təxminən 2 həftə qalıb. Rəy sorğusunun nəticəsinə əsasən, respondentlər ana müxalifət, Mühafizəkar Partiyaya səslərin 35 faizini, hakim Liberal Partiyaya 33,5 faizini, Yeni Demokrat Partiyaya isə 19 faizini veriblər.
Xatırladaq ki, sentyabrın 20-də Kanadanın 338 yerlik parlamentinə seçkilər keçiriləcək. 27,3 milyon seçici 105 min 140 qutuda səs verəcək.
2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində Castin Trüdonun başçılıq etdiyi Liberal Partiya 155 yer qazanmışdı.Təkbaşına hökumət qurmaq üçün 170 deputat yeri qazana bilmədiyi üçün koalisiya hökuməti qurulmuşdu. Növbəti parlament seçkilərinin 2023-cü ildə keçirlməsi planlaşdırılmışdı.