Diaspor

Kanadadakı icmamız məşhur Kalqari Stampid festivalına qatılıb

Kanadadakı icmamız məşhur Kalqari Stampid festivalına qatılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kanadanın Kalqari şəhərində keçirilən ənənəvi Kalqari Stampid (“Calgary Stampede”) kovboy rodeo festivalında təmsil olunub.

“Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (“ALACS”) təşkilatçılığı ilə festivalda yaradılmış Azərbaycan pavilyonu informasiya bolluğu və milli rəqslərimizin nümayişi ilə seçilib. Qonaqlar Azərbaycanın qədim tarixi, coğrafiyası, zəngin mədəniyyəti, milli adət-ənənələri və əyləncəli oyunları ilə tanış olmaq imkanı qazanıblar.

Prinston Universitetinin tələbəsi Timur Şamilov-Qubski tərəfindən hazırlanan Azərbaycana virtual tur isə yerli sakinlərdə böyük maraq doğurub və gələcəkdə  ölkəmizə səfər etmək imkanlarını nəzərdən keçirməyə kömək edib.

Hər zaman olduğu kimi, “Azeri Calgary Stars” və “Spirit of Land of Fire” Azərbaycan rəqs kollektivlərinin çıxışları gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, hər il iyulun əvvəlində 10 gün ərzində keçirilən “Calgary Stampede” festivalını 1 milyondan çox kanadalı ziyarət edir. Festival zamanı dünyanın müxtəlif ölkələrindən – ABŞ, Böyük Britaniya, Şotlandiya, Avstraliya, Almaniyadan orkestr və musiqi qruplarının iştirak etdiyi kənd təsərrüfatı yarmarkası və parad keçirilir.