Diaspor

Kanada XİN rəhbəri ölkədəki Azərbaycan diasporu ilə görüşüb – FOTO

Kanada XİN rəhbəri ölkədəki Azərbaycan diasporu ilə görüşüb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Xarici İşlər naziri Mark Qarno və XİN-in parlament katibi, İcmalar Palatasının üzvü Rob Olifant ölkədə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatı “Kanada Azərbaycanlıları Şəbəkəsi”nin üzvləri ilə görüşüb.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat yayılıb.

Məlumata əsasən, tərəflər arasında mühüm müzakirələr aparılıb. Müzakirələr zamanı Kanadının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə dəstəyi ifadə edilib.

Kanada XİN rəsmisi R.Olifant da görüşlə bağlı özünün “Twitter” sosial şəbəkəsindəki hesabından paylaşım edib. Ölkənin İcmalar Palatasının üzvü bildirib ki, görüş çox məhsuldar keçib.

“Bu çox məhsuldar görüş idi. Sülh və barışıq istiqamətində münaqişənin çərçivələrindən kənara çıxamağı arzu edən “Kanada Azərbaycanlıları Şəbəkəsi”nin uzaqgörən münasibətini yüksək qiymətləndirirəm. Həmçinin onların cəmiyyətdəki müxtəlifliyə inklüziv yanaşmasını da dəyərləndirirəm”, – deyə R.Olifant bildirib.

 

 

Diasporpress.az