Dünya

Kadırov sifarişli qətl barədə ittihamları rədd etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə əli olmadığını bildirib.

Kadırov sifarişli qətl barədə ittihamları rədd etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın rəhbəri Ramzan Kadırov keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə əli olmadığını bildirib.

“Qroznı-inform” xəbər verir ki, o qərb ölkələrini sübutsuz ittihamlarda günahlandırıb.

Kadırovun sözlərinə görə, Xanqoşvilini Berlində öz adamları öldürüb.

“Bu onların daxili haqq-hesablarıdır. O heç bizim vətədaşımız da deyil, Gürcüstan vətəndaşıdır”, – deyə Çeçenistan lideri bildirib.

O, həmçinin Xanqoşvilini terrorçu adlandırıb.

Öldürülən Şamil Basayev və Aslan Masxadovun yaxın adamlarından sayılıb. Avqustun 23-də Berlində naməlum şəxs onu tapanca ilə qətlə yetirib. Qətldə şübhəli bilinən 49 yaşlı rusiyalı həbs olunub.

“Bild” nəşri Ramzan Kadırovu qətlin sifarışçisi adlandırıb.

 

DiasporPress.az