Manşet

İtaliyaya istirahətə gedən azərbaycanlı gəncin ölümünün bəzi təfərrüatları məlum olub

İtaliyaya istirahətə gedən azərbaycanlı gəncin ölümünün bəzi təfərrüatları məlum olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almazovun İtaliyada bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdilinin verdiyi məlumata görə, avqustun 28-də İtaliyanın Milan şəhəri yaxınlığındakı Komi gölündə çimərkən boğularaq həyatını itirmiş Azərbaycan vətəndaşı Almasov Sərkər Əsgər oğlu İtaliyaya həyat yoldaşı ilə birgə istirahət məqsədilə gedibmiş.

Bədbəxt hadisə baş verdikdən sonra axtarışlar başlamış və mərhumun nəşi 2 gün sonra – 30 avqust tarixində tapılıb.

Mərhumun nəşi ekspertizaya verilib və ekpertizanın rəyindən sonra Azərbaycana göndəriləcək.

Qeyd edək ki, mərhumun nəşinin gətirilməsini mənəvi dəstək məqsədilə onun dostları öz üzərilərinə götürüb. Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən yayılan yanlış məlumatlar əsassızdır.

Xatırladaq ki, həmyerlimiz həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almazov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb.

Allah rəhmət eləsin!