Dünya

İtaliyanın tanınmış jurnalisti Anım Günündən yazıb

İtaliyanın tanınmış jurnalisti Anım Günündən yazıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın https://fai.informazione.it xəbər portalında Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri Karlo Marinonun 27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir il əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatdı” sərlövhəli məqaləsi yayımlanıb.

Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığı, ötən il başlanan 44 günlük müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanın onilliklər ərzində həyata keçirdiyi hərbi, ekoloji və humanitar cinayətlərinin üzə çıxdığı barədə məlumat verilib.

“Azərbaycan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə uyğun olaraq bölgədə davamlı sülhün, təhlükəsizliyin və firavanlığın təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ordunun əldə etdiyi Qələbə Azərbaycan tarixində yeni bir dövr açıb, beynəlxalq hüququ bərqərar edib və ölkəsinin geosiyasətini dəyişib”, – deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:
https://fai.informazione.it/117876FF-837F-45DD-8F9F-C79F5212CDDC/Un-anno-fa-terminava-la-guerra-tra-Azerbaigian-e-Armenia