İtaliyada koronavirus qurbanlarının sayı 11-ə, yoluxanların sayı isə 322 nəfərə çatıb.
Xəbəri Ansa.it agentliyi yayıb.
Virusun son qurbanı 84 yaşlı kişidir.
Ümumilikdə isə İtaliyada koronavirusdan vəfat edənlərin orta yaş həddi 80-dir.
Bu gündən başlayaraq, dövlət qurumları karantinə götürülən yaşayış məntəqələrinin siyahısını dərc edib.
DiasporPress.az