İspaniya Milli Polisi İtaliyanın A seriyasında (İtaliya futbol liqasının ali divizionu) danışılmış və qeyri-leqal mərc oyunlarında əli olan 14 nəfər şəxsi İspaniyada həbs edib.
“RİA Novosti” məlumat verir ki, Avropa İttifaqının Polis Xidmətinin (Avropol) rəhbərlik etdiyi əməliyyatda İtaliya və İspaniyadan olan hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Bütün həbslər İspaniyada həyata keçirilib.
İstintaqın gəldiyi nəticəyə əsasən, saxlanılan şəxslər İtaliya A seriyasında danışılmış oyunların təşkili ilə məşğul olublar.
Xatırladaq ki, İspaniya polisi Avropa futbol çempionatlarında danışılmış oyunlarla bağlı ilkin əməliyyatı 2019-cu ilin may ayında aparıb. O zaman İspaniyanın aşağı liqasında danışılmış oyunları təşkil edən dəstənin 11 üzvü saxlanılmışdı.
DiasporPress.az