Diaspor

İtaliya mediası Xocalı soyqırımından bəhs edib

İtaliya mediası Xocalı soyqırımından bəhs edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyonun dəstəyi ilə İtaliyanın https://www.politicamentecorretto.com xəbət portalında assosiasiyanın üzvü Nərgiz Cəfərovanın “Xocalı soyqırımı” sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələrinin 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdikləri barədə müfəssəl məlumat verilib. Baş verənləri “Azərbaycan xalqına qarşı qəzəb və nifrətin nəticəsi” adlandıran müəllif Xocalı soyqırımını Holokost və Katın soyqırımları ilə müqayisə etməyi oxucuların ixtiyarına buraxıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.politicamentecorretto.com/2021/02/25/il-genocidio-massacro-di-khojaly-azerbaigian/

 

Bünyamin  Bünyadzadə

Diasporpress.az