Dünya

İtaliya dünyaya üz tutdu: Heç olmasa iki avrodan kömək edin

İtaliya hökuməti Venesiyaya laqeyd olmayan insanlara üz tutaraq, daşqından sonra kömək etməyi xahiş ediblər.

İtaliya dünyaya üz tutdu: Heç olmasa iki avrodan kömək edinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti Venesiyaya laqeyd olmayan insanlara üz tutaraq, daşqından sonra kömək etməyi xahiş ediblər.

Bu barədə şəhərin meri Luici Brunyaro özünün “Twitter” hesabında yazıb.

“Sizin köməyiniz  hesabına Venesiya yenidən parlayacaq”, – Brunyaro yazıb.

O qeyd edib ki, ölkəyə zərər çəkmiş memarlıq abidələrinin və “ümumbəşəri sərvət”in bərpası üçün pul lazımdır. İstəyən hər kəs heç olmasa iki avro verməklə kömək edə bilər.

Bundan savayı, İtaliya Nazirlər Kabineti təcili iclas keçirərək, daşqının nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayırmağı qərar verib.

Xatırladaq ki, Venesiyada suyun səviyyəsi 1,8 m yüksəldiyindən fövqəladə vəziyyət rejimi elan edilib. San-Marko meydanı 1200 il ərzində altıncı dəfədir ki bir metrdən su altında qalıb.