Dünya

İsveçlilərə erməni vəhşiliyinə dair sənədlər göstərildi

İsveçlilərə erməni vəhşiliyinə dair sənədlər göstərildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin cawamedia.wordpress.com xəbər portalında bu ölkənin media mənsublarının Bakıda dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirdiyi barədə məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, jurnalistlərin Azərbaycana səfəri İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin təşkilatçılığı ilə baş tutub.

İsveçli jurnalistlərin Azərbaycana səfərinin 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümünə təsadüf etdiyi vurğulanıb. Media mənsubları dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər zamanı azad edilmiş Azərbaycan torpaqlarında erməni işğalçılarının son 30 ildə törətdikləri mədəni və dini vandalizm faktları və ekoloji soyqırımına dair sənədlərlə tanış olublar.

Məlumatı daha ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.