Manşet

İsveçdəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib

İsveçdəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Odlar Yurdu” İsveç–Azərbaycan Kültür Dərnəyi Ermənistan hökumətinin minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməsi tələbi ilə beynəlxalq təşkilatlara müraciət edib.
Müraciətdə 30 illik işğaldan sonra Azərbaycan torpaqlarının beynəlxalq hüquqa uyğun olaraq azad edildiyinə, lakin Ermənistan sılahlı qüvvələrinin şəhər və kəndləri viran qoymaqla yanaşı, minalanmış əraziləri də arxada buraxdığına diqqət yönəldilib: “İşğal zamanı bu ərazilərdə 100 mindən çox mina yerləşdirilib və Ermənistan indiyədək mina xəritələrini təhvil verməkdən imtina edir”.
Müharibə sonrası doğma torpaqlarına can atan onlarla Azərbaycan vətəndaşının mina partlayışlarına məruz qaldığı, öldükləri və xəsarət alaraq əlilə çevrildikləri, bu prosesin Qarabağda bərpa və yenidənqurma işlərinin aparılmasına, Azərbaycan vətəndaşlarının öz evlərinə qayıdışına və bölgədə uzunmüddətli sabitliyin bərqərar olmasına ciddi əngəl yaratdığı nəzərə çatdırılıb.
Ermənistanın beynəlxalq humanitar hüquq prinsipini pozduğunu vurğulayan soydaşlarımız beynəlxalq təşkilatları öz mandatları çərçivəsində dərhal hərəkətə keçməyə, günahsız insanların təhlükəsizliyi və sağlamlığı naminə qətiyyətli addımlar atmağa və insan hüquqlarının pozulmasını dayandırmağa çağırıblar: “İnsanların həyatının və sağlamlığının müdafiəsinin təmin olunması üçün Ermənistan qeyd-şərtsiz mina xəritələrini Azərbaycana təqdim etməlidir”.

 

Diasporpress.az