İsveçin “Diktonius” nəşriyyatında bu ölkədə yaşayan soydaşımız Səadət Kəriminin “Nəticələr. Şahidlər Qarabağ, Təbriz və Yerevan haqqında danışırlar” (“Efterdyningar. Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan”) adlı kitabı çap olunub.
Həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və Azərbaycanın təbliği məqsədi ilə dərc olunan iki hissəli kitaba təkçə Dağlıq-Qarabağ münaqişəsinə həsr olunmuş əsərlər deyil, həm də bədii ədəbiyyatımızdan müəllifin tərcümə etdiyi nümunələr də daxil edilib. Birinci hissədə İsveçdə yaşayan yazarlar Eluca Atalının, Vahid Qazinin, Şəlalə Əbilin əsərləri, Səadət Kəriminin 4 essesi, ikinci hissədə isə müasir Azərbaycan poeziyasının nümayəndələri Nigar Rəfibəyli, Ramiz Rövşən, Aydın Əfəndi, Rəfiq Zəka Xəndan, Zivər Ağayeva və Adil Rəsulun şeirləri təqdim olunub, şairlərin həyat və yaradıcılıqları barədə məlumat verilib.
Qeyd edək ki, Səadət Kərimi elmlər doktoru, İsveçin Umea Universitetinin dosentidir. Qarabağın tarixi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar apararaq, müxtəlif esselər və kitablar yazıb, Avropa ictimayyəti qarşısında məruzələrlə çıxış edb. Ermənistanın hərbi təxribatları və 44 günlük Vətən müharibəsi zamanı İsveç mətbuatında yazılan qeyri-objektiv və qərəzli məlumatlara sözügedən kitabı nəşr etdirməklə cavab verib.
Soydaşımızın verdiyi məlumata görə, kitabı İsveçin və Finlandiyanın kitab satışı mərkəzlərindən və kitabxanalarından əldə etmək mümkündür.
Diasporpress.az