Diaspor

İsveç-Azərbaycanlıları Cəmiyyətinin üzvləri Türkiyə səfirinin xanımı ilə görüşüb

İsveç-Azərbaycanlıları Cəmiyyətinin üzvləri Türkiyə səfirinin xanımı ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SAF İsveç-Azərbaycanlıları Cəmiyyəti üzvlərinin Türkiyənin İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Figen Yunt ilə görüşü keçirilib.
Görüşün əsas məqsədi İsveçdə fəaliyyət göstərən Azərbaycan və Türkiyə qadın təşkilatlarının birgə layihələr həyata keçirməsidir. Görüş zamanı Türkiyə və Azərbaycan mədəniyyətinin zənginliyini yerli cəmiyyətə çatdırmağın yolları və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Diplomat xanımı Figen Yunt qeyd edib ki, İsveçdə olduğu ilk günlərdən etibarən isveçlilərin Türkiyə haqqında az məlumata sahibi olduqlarını anlayıb və bu baxımdan da daha şox işlər görülməlidir. Qeyd edib ki, iki qardaş ölkənin mədəni irsinin geniş şəkildə təşviq edilməsi üçün krallıqdakı Türkiyə və Azərbaycan diasporlarının səyləri birləşdirilə bilər.
SAF rəhbəri Sevda Dadaşova bildirib ki, İsveçdə yaşayan qadınların iştirakı ilə türklərin və azərbaycanlıların, ümumilikdə türk millətinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirən müxtəlif mədəni layihələr həyata keçirilə bilər. Bu addım Avropada Türkiyə və Azərbaycan mədəniyyətinin daha dərindən tanıdılmasına yardımçı ola bilər.

 

 

Diasporpress.az