İstehlak kreditləri ilə bağlı yeni – MƏHDUDİYYƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

İstehlak kreditləri ilə bağlı yeni – MƏHDUDİYYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

DiasporPress.az-ın xəbərinə görə, dəyişiklik nəticəsində müddəti yeddi ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.

Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək.

Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.

2019-cun ilin 19 oktyabrında “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na da dəyişikliklər edilib.

Bununla KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.

Eyni zamanda, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial, daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.

 

DiasporPress.az