Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı bütün siniflərdə şagirdlər “Şəhidlər ölməz!”, “Zəfərin mübarək, Azərbaycan!” şüarlarını nümayiş etdirməklə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmanlıqla həlak olmuş şəhidlərimizi anıblar, parlaq Qələbəni xalqımıza yaşadan qazilərimizə minnətdarlıqlarını ifadə ediblər.