Diaspor

İstanbulda “Zəfərə doğru addımla” layihəsində Türk dünyası bir araya gəldi

İstanbulda “Zəfərə doğru addımla” layihəsində Türk dünyası bir araya gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 noyabr 2021-ci il tarixdə İstanbul Bayrampaşa Bələdiyyəsində BULTÜRK Dərnəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və URAL Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.
Azerforum.com xəbər verir ki, tədbirdə MHP MYK üzvü Bülent Maşaoğlu, BULTÜRK dərnəyinin başqanı Rafet Ulutürk, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynova, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Türk Dünyası STK Platformu temsilcisi Serdar Şahin, keçmiş MHP İl Başkanı yardımçısı Metin Yazar, Əfqanıstan Türkləri dərnəyinin təmsilçisi Nimetullah Farabi, Özbəkistan Türkləri dərnəyinin təmsilçisi Adil Kayyumov, Qırğızıstan Türkləri dərnəyinin təmsilçisi Nurlan Bek, Güney Azərbaycan dərnəyinin təmsilçisi Ağrı Qaradağlı, Səbail Bələdiyyəsinin şöbə müdiri Taleh Mansurov, İsmayıl Gaspıralı dərnəyinin başqanı Hakkı Karataş, MHP Bahçelievler ilçe başkan yardımcısı, Bayrampaşa MHP İlçe başqanı İsmail Arslan iştirak edirdi.
Tədbirdə Qarabağ Zəfərinin ildönümü qeyd olundu və Türk Dünyasının ictimai təşkilat liderləri Zəfərimizlə bağlı dəyərli fikirlərini bölüşdülər. Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.