Türkiyənin İstanbul şəhərində “Hyatt Centric” hotelinin binası boyu əks olunan fotolarda Azərbaycandan onu vətən müharibəsində daima dəstəkləyən Türkiyəyə təşəkkür ünvanlanıb.
Diasporpress.az məlumat verir ki, azərbaycanlı iş adamı Anar Əlizadənin təşəbbüsü ilə hotel binasının bir tərəfinə Azərbaycanın və qardaş Türkiyənın möhtəşəm bayraqları asılıb.
Hotelin digər tərəfində isə hər iki ölkənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşcasına bir-birinin əllərini sıxdığı, güvən əks etdirən fotosu yerləşdirilib.
Bu fotoda zəfərin memarı olan Azərbaycan Prezidenti və bu zəfərdə Azərbaycana dəstəyini əsirgəməyən Türkiyə başçısına “Millətimiz sizinlə qürur duyur”, – deyə qeyd olunur.
Binanın digər tərəflərində Ərdoğanın fotosu üzərinə “Azərbaycan sizinlə qürur duyur” qeydi yazılıb.
Diasporpress.az