Ölkə

İstanbulda “Heydər Əliyev: Türk dünyası iqtisadiyyatı, siyasi inkişafı müddətində lider rolu” adlı konfrans keçirilib – FOTOLAR

İstanbulda “Heydər Əliyev: Türk dünyası iqtisadiyyatı, siyasi inkişafı müddətində lider rolu” adlı konfrans keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 9-da İstanbulda Türk Ağsaqqalları İctimai Birliyi və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev: Türk dünyası iqtisadiyyatı, siyasi inkişafı müddətində lider rolu” adlı konfrans keçirilib.

Diasporpress.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Türkiyədə səfərdə olan nümayəndə heyəti də iştirak edib.
Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən konfransda qeyd olunub ki, hazırda Türkiyə və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər yaxın olmayıb. Ulu Öndərin əsasını qoyduğu ölkə əhəmiyyətli missiyalar Prezident İlham Əliyev tərəfindən uğurla davam edir. Tədbirdə çıxış edən ölkəmizin Türkiyədəki konsulu Nərminə Mustafayeva qeyd edib ki, Ulu Öndərin 100 illiyi Azərbaycanın 44 günlük Zəfərindən 3 il sonraya təsadüf edib. Prezifent İlham Əliyev ata vəsiyyətini yerinə yetirib və bu gün Azərbaycan xalqı güclü, məğrurdur: “Heydər Əliyevin ən böyük xəyallarından biri
güclü Azərbaycan görmək idi. Onun bu arzusunu Prezident İlham Əliyev gerçəkləşdirdi. Artıq Qarabağda həyat canlanmağa başlayır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim insanların qəlbində yaşayacaq, hörmətlə anılacaq”.
Çıxış edən Türk Ağsaqqalları İctimai Birliyinin rəhbəri Südeyif İmamverdiyev Ulu Öndərin fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Heydər Əliyevin Azərbaycanın dünyaya bəxş etdiyi ən nadir simalardan biri, adı türk dünyasının salnaməsinə qızıl hərflərlə yazılmış nadir şəxsiyyət olduğunu bildirilib.
Qeyd olunub ki, xalqımızın taleyində mühüm rol oynayan Heydər Əliyevin uzaqgörənliyi, bütövlükdə həyatı hər bir azərbaycanlı üçün örnəkdir.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Elşən Quliyev konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin irsi tükənməz məktəbdir. Məhz Ümumilli Lider Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dəmir iradəsi ilə vaxtında atılmış möhkəm dövlətçilik təməlləri sayəsində Azərbaycan bu gün dünyada layiq olduğu mərtəbəyə yüksəlib. Hazırda Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam edir.
Konfransda çıxış edən Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə, Malik Həsənov, Sadiq Qurbanov çıxışlarında bildiriblər ki, hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər olur. Azərbaycan xalqının tarixində bu şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır. Ümumilli Lider daim Türkiyə ilə münasibətlərə xüsusi diqqət edib, “Bir millət, iki dövlət” kəlamı ilə hər iki ölkənin əlaqələrini daha da yaxınlaşdırıb.
“SOCAR Türkiyə” şirkətinin baş direktoru Elçin İbadov nitqində qeyd edib ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin xidmətləridir.
Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov nitqində Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Vətən müharibəsində qazanılan tarixi Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasətinin parlaq nəticəsidir. Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə heç vaxt bu qədər yaxın olmayıb. Bir çox ölkələr bu qardaşlıq və mehribanlığa həsəd aparırlar.
Sonda Türk Ağsaqqalları İctimai Birliyi tərəfindən qonaqlara təltiflər və hədiyyələr verilib.