İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü Azərbaycan qazisinə bağışlayıb.
Bu barədə “Vaa Lʼhatzolas Nichei Yisroel” Yəhudi humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Zamir İsayev sosial şəbəkədə paylaşıb.
“Doktor İşay maraqlı bir əhvalat danışdı. Demək, İsrailli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarının xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib.
İndi əsgərimiz məhz bunun sayəsində görə bilir. Qeyd edim ki, İsrailin səhiyyə naziri orqanı ölkə hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib”, – deyə Z.İsayev əlavə edib.
Qeyd edək ki, israilli həkim Yişay Falik məlumatı təsdiq edib.
Həmin göz qazi Arif Hacıyevə implantasiya edilib.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az