Diaspor

İsrailli nazir Fuad Muradova məktub ünvanlayıb

İsrailli nazir Fuad Muradova məktub ünvanlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Dövlətinin Diaspor Məsələləri naziri Omer Yankeleviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda Azərbaycan Respublikası ilə İsrail dövlətinin vacib tərəfdaş olduğu, Azərbaycandakı yəhudi icmasının, eləcə də İsrailin azərbaycanlı icmasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rol oynadığı qeyd olunub.

Nazir Omer Yankeleviç dövlətlərarası münasibətlərin və icmalararası əlaqələrin inkişafının yüksək səviyyəsinin gələcəkdə də qorunub saxlanılması məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin komitə sədri ilə baş tutan virtual görüşün mühüm əhəmiyyət daşıdığını, icmalararası münasibətlərin möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq görüşün baş tutmasına görə F.Muradova təşəkkür edib.

İsrailli nazir yaxın gələcəkdə Azərbaycana səfər etmək istədiyini də bildirib.

Diasporpress.az