Dünya

İsrailin bütün dünyadakı diplomatik nümayəndəlikləri işini dayandırdı

İsrailin bütün səfirlik və konsulluqları Xarici İşlər Nazirliyi ilə Maliyyə Nazirliyi arasındakı qarşıdurmanın səbəb olduğu tətillə əlaqədar işini dayandırıb.

İsrailin bütün dünyadakı diplomatik nümayəndəlikləri işini dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin bütün səfirlik və konsulluqları Xarici İşlər Nazirliyi ilə Maliyyə Nazirliyi arasındakı qarşıdurmanın səbəb olduğu tətillə əlaqədar işini dayandırıb.

Müvafiq bəyanat çərşənbə günü İsrail Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Bu müddət ərzində ziyarətçilərin İsrailin xaricdəki nümayəndəliklərinə girişi dayandırılacaq, xidmət göstərilməyəcək.

İsrail Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin iş və maliyyələşdirmə prosedurlarını dəyişdirmək qərarının, idarəetmə və bütövlükdə ölkənin fəaliyyətinin təməl vasitələrinə zərər verdiyini bildirib. Şöbədən Maliyyə Nazirliyinin diplomatlara seçim haqqı vermədiyi də vurğulanıb.

Bundan əvvəl İsrailin Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı konsulluğunun işinin dayandırıldığı bildirilmişdi.

2014-cü ilin mart ayında İsrailin bütün diplomatik nümayəndəlikləri, o cümlədən, Qüdsdəki səfirliklər, konsulluqlar və beynəlxalq təşkilatların nümayəndəlikləri, həmçinin, Xarici İşlər Nazirliyi bağlanmışdı.

Bir neçə ildir ki, israilli diplomatlar maaş şərtlərini yaxşılaşdırmaq üçün hökumət və Maliyyə Nazirliyinə müraciət edirdilər. 2018-ci ilin avqust ayında İsrailin dünyadakı səfirliklərinin dəstək heyəti tətil elan edib.

 

DiasporPress.az