Diaspor

İsraildə Lütfi Zadənin 100 illiyi qeyd edilib

İsraildə Lütfi Zadənin 100 illiyi qeyd edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nəzdindəki

Azərbaycan Mədəniyyət Mərkəsi qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir dövrdə qeyri-səlis məntiqin dəyəri” mövzusunda videokonfrans təşkil edib.

Open.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə gerçəkləşdirilən videokonfransda tanınmış teatr rejissoru, Azərbaycanın Xalq artisti, Lütfi Zadənin yaxın qohumu Cənnət Səlimova, “Lütfi Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyev, ABŞ-ın Florida ştatındakı Cənub-Qərb kollecinin professoru Cavanşir Hacıyev, “International Media Bridge” şirkətinin baş direktoru, Lütfi Zadə ilə son müsahibənin müəllifi Nigar Məcidova çıxış ediblər.

Elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsinə dair Sərəncamını xatırladan tədbir iştirakçıları qeyd ediblər ki, 100 il öncə Bakının Novxanı qəsəbəsində dünyaya gələn və dünya elminin dahisinə çevrilən azərbaycanlı alim öz inqilabi nəzəriyyəsi ilə 2000 ildən çox mövcud olan Aristotel məntiqini genişləndirib.

Zadənin qeyri-səlis nəzəriyyəsinin riyaziyyat, kibernetika, informatika və hesablama texnikasının inkişafı tarixində yeni mərhələ açdığı, dünya elminə bəxş etdiyi 5 fundamental nəzəriyyə və yeniliklərin müxtəlif texnoloji və istehsal sahələrindəki inkişafa təkan verdiyi, süni intellekt, genetik alqoritmlər, robototexnika, maşınqayırma və digər sahələrdə geniş tətbiq edildiyi nəzərə çatdırılıb.

Natiqlər böyük alimlə görüşlərindən və əməkdaşlıqlarından danışaraq maraqlı anlar barədə xatirələrini bölüşüblər.

 

Diasporpress.az