İsrail hökuməti COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qadağalarını növbəti dəfə yumuşaltmaq barədə qərar qəbul edib.
“RİA Novosti” bu barədə İsrail hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Üçüncü yumuşalma mərhələsində vaksinasiyadan keçmiş şəxslərin restoranlara, ziyafət məclislərinə, teatrlara və stadionlara girişinə icazə veriləcək.
Həmçinin yalnız vaksinasiyadan keçmiş şəxslərin xidmət sektorunda işləməsi mümkün olacaq
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az