Dünya

İsraildə həyat normala qayıdır: toylar keçirilir, idman salonları, otellər açılıb…

İsraildə həyat normala qayıdır: toylar keçirilir, idman salonları, otellər açılıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda dünya ölkələrində sürətli vaksinasiya prosesi gedir.

Vaksinasiya prosesinə görə İsrail birinci yerdədir. 9 milyon əhalisi olan İsraildə insanların az qala yarısı vaksin olunub. Nəticədə son bir neçə həftədir ki, ölkədə yeni yoluxma halları kəskin azalmağa başlayıb.

Diasporpress.az xarici KİV-lərə istinadən bildirir ki, İsrail hökuməti “Yaşıl keçid” tətbiq edərək, vətəndaşlarına sərbəst hərəkət hüququ verir. Vaksinin hər iki dozasını alan vətəndaşlar onlara verilən “Yaşıl keçid” kartı sayəsində restoranlara, otellərə, idman salonlarına, hovuzlara və teatrlara girə, şadlıq saraylarında toy edə bilirlər. Bununla yanaşı vaksinlərin virusun yeni mutasiyaya uğrayan variantlarına qarşı nə dərəcədə təsirli olduğu hələ ki, məlum olmadığı üçün mütəxəssislər əhalini hər zaman ehtiyatlı olmağa çağırır.

Qeyd edək ki, bu günə qədər İsraildə Covid-19-la bağlı 834 603 yoluxma, 6 248 ölüm faktı qeydə alınıb.

İsraildən sonra bir neçə Avropa ölkələri, o cümlədən Almaniya da vaksinin hər iki dozası vurulan şəxslərin ölkədə sərbəst gəzə, dükan və bərbərxanalara girə biləcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanı da ötən gün açıqlama verərək bildirib ki, Ramazan bayramından bir neçə gün əvvəl koronavirusa qarşı vaksin olunan şəxslərin Ümrə ibadətinə icazə veriləcək.

 

 

 

Diasporpress.az