İsrailin Rişon-Le-Zion şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kamera konserti keçirilib.
Tədbir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, İsrail Opera Teatrının solisti Kameliya İoffe və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu, Tel-Əviv Universitetinin nəzdindəki Buhman-Mehta musiqi məktəbinin tələbəsi, skripka ifaçısı Qəmər Kərimlinin birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan muğamı ilə başlayan konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov, Niyazi, Tofiq Quliyev və Vaqif Mustafazadənin əsərləri, eləcə də dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından “Bella, ciao” (“Əlvida, sevgilim”) mahnısı ifa olunub. Tamaşaçılar Kameliya İoffe, Qəmər Kərimli və Milana Xanukayevanın ifasını böyük maraqla qarşılayıblar.
Diasporpress.az