Dünya

İsrail şirkətləri Dağlıq Qarabağa investisiya yatırmaq istəyir

İsrail şirkətləri Dağlıq Qarabağa investisiya yatırmaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.

Diasporpress.az  İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib.

Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.

A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.

Azərbaycanın Türkiyədəki səfiri İbrahim Xəzər isə bildirib ki, İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbaycana kömək etmək təklifini irəli sürüblər.

İ.Xəzər deyib ki, Qarabağın bərpasında köməklik təklif edən ölkələr İran, Böyük Britaniya, İtaliya, Macarıstandır: “İşğaldan azad edilən ərazilərin bərpası texnoloji yeniliklərlə yanaşı bölgənin tarixi və orijinal irsinin qorunub saxlanılmasını təmin etməklə həyata keçiriləcək”.

Onun sözlərinə görə, Naxçıvan koridoru regional əməkdaşlıq üçün yeni imkanlar açır: “Buna baxmayaraq, Ermənistanın hücumlarından maddi ziyanın həcmi 50 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Azad edilmiş torpaqların görüntülərindən məlum olur ki, ərazilərimiz tamamilə viran olub. Ermənistan 700 tarixi və mədəni obyekti, 700 kitabxananı, 85 sənət və musiqi institutunu, 22 muzeyi, 100 minlərlə evi, sənət qalereyasını, teatrı və iki konsert salonunu tamamilə dağıdıb.

İ.Xəzər vurğulayıb ki, müharibə zamanı Azərbaycan ordusunun qarşısında aciz qalan erməni hərbçiləri, hətta şəhərlərdə, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara atəş etməkdən belə çəkinmədilər: “Bunun nəticəsində 100 vətəndaşımız öldürüldü, 416 nəfər yaralandı və mülki infrastruktura böyük ziyan dəydi”.

Qüds Strateji və Təhlükəsizlik İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssisi Miki Aharonson bildirib ki, İsrailin Azərbaycanla əlaqələrini davam etdirməsini vacib edən maraqların cəmi dəyişməyib: “Uzun illər İsrail Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində yaxşı əlaqələrini qoruyub saxlayıb”.

 

Diasporpress.az