Ötən gecə İsrail ordusu HƏMAS-a məxsus strateji əhəmiyyətli binalara zərbələr endirib.
İsrail ordusunun “Twitter” hesabında edilən paylaşımda zərbə endirilən obyektlər arasında həmçinin qruplaşmaya məxsus bankın da olduğu vurğulanıb.
İsrail qırıcıları və dronları həmçinin HƏMAS-ın əks-kəşfiyyat və daxili təhlükəsizlik xidmətinə məxsus binalara zərbə endirib.
HƏMAS isə öz növbəsində gecə ərzində Qüds və Təl-Əvivə zərbələr endirildiyini bildirib.
Diasporpress.az