Diaspor

İsrail mediasında Qarabağda itkin düşən azərbaycanlılardan bəhs edilib

İsrail mediasında Qarabağda itkin düşən azərbaycanlılardan bəhs edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin https://www.peacecom.org xəbər portalında 30 avqust – Beynəlxalq İtkinlər Gününə həsr olunmuş “Azərbaycanlı müharibə veteranı: “Girovların vəziyyəti məni Ermənistanla döyüşməyə sövq etdi” sərlövhəli məqalə yayımlanıb.

Reyçel Avrahamın müəllifi olduğu məqalədə bildirilib ki, I Qarabağ müharibəsi dönəmində Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan ərazisinin 20 faizini işğal etməsindən sonra 4000-ə qədər azərbaycanlı izsiz itkin düşüb. “Bu şəxslərin öldüyü ehtimal olunur. Amma, indiyədək Ermənistan onların cəsədlərini yaxınlarına qaytarmayıb və hesabat verməyib. Hərçənd, onlar beynəlxalq hüquq normalarının tələblərinə əsasən bunu etməlidirlər”, – deyə müəllif vurulayıb.
Eyni dönəmdə 800 min azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığı, öz doğma yurdlarından qovulan zaman azərbaycanlıların evlərinin talan edildiyi, kəndlilərin girov götürüldüyü, həbs düşərgələrində dəhşətli işgəncələrlə üzləşdikləri, bu həbs düşərgələrində itkin düşənlər arasında 267 qadın, 326 qoca və 71 uşaq olmaqla, 719 mülki şəxsin olduğu nəzərə çatdırılıb.
Məqalədə İsrailin sabiq rabitə, peyk və kiber naziri Ayub Karanın, II Qarabağ müharibəsinin qazisi Həsən Müzəffərlinin, Azərbaycan diaspor gənclərinin üzvü Səma Nəbizadənin fikirlərinə yer verilib.
“Qohumlarım babalarım, bibilərim və əmilərim də daxil olmaqla Ermənistan tərəfindən əsir və girov götürülüb. Ermənilər girovlara işgəncə verirdilər. Xeyli qohumlarımı və dostlarımı itirdim. Bu, məni işğal olunmuş əraziləri geri almaq üçün Ermənistana qarşı mübarizə aparmağa sövq etdi”, – deyə Həsən Müzəffərli bildirib.
Məqalədə qeyd edilib ki, Azərbaycan bəzi rayonlarını işğaldan azad etdikdən sonra Kəlbəcərdə azərbaycanlıların ilk kütləvi məzarlığı tapılıb və bu, itkin düşmüş azərbaycanlılardan bəzilərinin ailələri üçün ümid olub.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.peacecom.org/en/article/1949/